SON DƏQİQƏ! Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - VİDEO

.

Indoneziyalı xilasedicilər Yava dənizində qəzaya uğrayan "Sriwijaya Air" aviaşirkətinə məxsus təyyarənin qalıqlarını aşkar ediblər.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İndoneziyanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Faxrul deyib.

Onun sözlərinə görə, təyyarənin qalıqları Laki və Lankanq adaları arasında tapılıb: "Yaxın zamanda bütün qalıqlar sahilə çatdırılacaq".

Xatırladaq ki, ötən gün İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR