x
Loading...

15 nəfərin şəhid olduğu döyüşdən sağ çıxan qazimiz Nəsib Həbibov - FOTO

İkinci Qarabağ müharibəsi zamanı şücaətlə döyüşən əsgərlərimizdən biri də Nəsib Həbibovdur.

Metbuat.az xəbər verir ki, Həbibov Nəsib Asif oğlu 2001-ci ildə Göyçay şəhərində dünyaya göz açıb.

Orta məktəbi bitirdikdən sonra 2020-ci il yanvarın 9-da həqiqi hərbi xidmətə yola düşüb. Xüsusi texniki bacarıqlarına görə ilk öncə baş atıcı, daha sonra isə rabitə və xüsusi avadanlıqların idarə olunması üzrə xidmətlər yerinə yetirib. Sentyabr ayının 27-dən başlayaraq işğal altında olan torpaqlarımızın tam olaraq azad olunması üçün gedən döyüşlərdə iştirak edib. 19 yaşlı əsgərimiz bir çox istiqamətlərdə vuruşub. Nəsiblə döyüşlərdə iştirak edən digər 15 əsgər şəhidlik zirvəsinə ucalıb. Lakin həmin igid əsgərlərin içərisində möcüzə nəticəsində yalnız Nəsib qəlpə yarası alaraq sağ qalıb. N.Həbibov deyir ki, hələ də sağ qalmasına inana bilmir. Oktyabrın 26-sı Laçın uğrunda gedən döyüşlər zamanı sağ qolundan çoxlu sayda qəlpə yarası alaraq ağır yaralanıb. Buna baxmayaraq əlavə qüvvə gələnə qədər döyüş mövqeyini tərk etməyib.

Xatırladaq ki, 19 yaşlı qəhrəman qazimiz döyüşlər zamanı göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Davud Tarverdiyev

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR