x
Loading...
.

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

.

Xeber verdiyimiz kimi bu gündən ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi qüvvəyə minir və bu yanavarın 18-nə kimi qüvvədə olacaq. Bir çoxları yanavarın 18-dən ənənəvi dərslərin də başlaması ilə bağlı iddialar səsləndirirlər.

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Metbuat.az sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, hazırda ümumi vəziyyətin təhlili göstətir virusa yoluxanların dinamikası artan templə davam edir:

"Hər gün koronavirusa yoluxanlar var. Vəziyyətdən aslı olaraq yanvarın 18-dən sonra ənənəvi qaydada dərslərin bərpa edilməsi məsələsinə baxıla bilər. Amma hazırkı vəziyyət göstərir ki, bir müddət koronavirusa yoluxanların sayı artan templə davam edəcək.

Əgər vətəndaşlarımız qaydalara əməl edərsə və gündəlik yoluxanların sayında azalma müşahidə olunarsa dərslərin ənənəvi qaydada keçirilməsi nəzərdən keçirilə bilər. Amma yaxın zamanlarda bu imkansız görünür. Ola bilsin ki, artım bir müddət davam etsin. Amma ikinci semestrdə dərslər başlayanda ənənəvi qaydada keçirilməsi nəzərdən keçirilə bilər.

Çünki yanvar və fevral ayından imtahanlar başlayacaq. Dərs adətən fevraldan başlayır. Əlbəttə, bu, virusa yoluxanların sayından və yayılma sürətindən asılı olacaq. Ümid edək ki, insanlarımız məsuliyyətli olacaq, yoluxanların sayında ciddi azalma olacaq və gənclərimiz ənənəvi qaydada dərslərini davam etdirə biləcəklər. Fevral ayından dərslər ənənəvi qaydada yenidən bərpa edilə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR