İranda koronavirusun yeni növü 4 nəfərdə aşkarlandı

İranda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına daha 4 yoluxma halı qeydə alınıb.

Metbuat.az bildirir ki, bunu İranın səhiyyə naziri Səid Namaki deyib.

Onun sözlərinə görə, yeni ştamma yoluxan şəxslər bir ailənin üzvləridir. Onlar yaxın zamanda ölkəyə Avropadan qayıdıblar.

Qeyd edək ki, İranda koronavirusun "Britaniya" ştammına ilk yoluxma halı yanvarın 5-i Böyük Britaniyadan gələn İran vətəndaşında qeydə alınmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR