Hindistanda koronavirusa rekord yoluxma qeydə alındı

Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Hindistan yoluxma sayına görə dünyada ikinci yerdə, ölüm sayına görə üçüncü yerdə qərarlaşıb. Son sutka ərzində 16 311 nəfər COVID-19-a yoluxub. Ümui yoluxma sayı 10 milyon 466 min 595 olub.

Son sutkada virusdan ölənlərin sayı 161 nəfər, ümumi ölüm sayı 151 198 nəfər təşkil edib. Hindistan Səhiyyə Nazirliyi kritik vəziyyət və rekord rəqəmlərlə bağlı həyəcan təbili çalıb.

Hindistanla yanaşı, Cənubi Koreyada da vəziyyət gərginləşib. Virusa ümumi yoluxma sayı bu ölkədə 70 000-i keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR