Paşinyan Moskvaya buna görə gedir –

“Paşinyanı hakimiyyətdə saxlayan yeganə qüvvə Azərbaycan və Türkiyədir. Baş verənlər göstərdi ki, heç Kreml də onu hakimiyyətdən uzaqlaşdırmaq gücündə deyil. Gəlin hər şeyə real yanaşaq. Hər kəs Paşinyanı ittiham edir, biz də özümüzü günahlandırmalıyıq ki, onu devirə bilmirik”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Politexnik Tədqiqat İnstitutunun rəhbəri Andranik Tevanyan deyib.

Onun sözlərinə görə, məğlub olan lider öz xoşu ilə hakimiyyəti vermir, çevrilişlə gedir: “İndi bizə Paşinyanın yerinə Atatürk kimi döyüşüb qalib gələ bilən adam lazımdır, təssüf ki, həmin şəxsi görə bilmirəm. Atatürk olmasaydı, indi Türkiyə də yox idi. Amma biz Ermənistanın gələcəyini kimə borclu olacağıq? Ağlamalı və tükürpədici sual da budur”.

Daha ətraflı:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR