İlham Əliyev Moskvada səfərdədir -

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.

Metbuat.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.





***
(13:04)

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "TASS"a Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti Moskvaya çatıb və dövlət başçısını hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb.

Səfir əlavə edib ki, hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR