x
Loading...

SON DƏQİQƏ! Qarabağla bağlı üçtərəfli razılaşma barədə PUTİN AÇIQLAMA VERDİ

Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.

O bildirib ki, atılan addımlar müntəzəm olaraq ATƏT Minsk qrupunun həmsədrləri ilə nəzərdən keçirilir:

"Bu gün əminliklə demək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır. Əminik ki, bu, münaqişənin həm erməni, həm də Azərbaycan xalqı maraqları çərçivəsində ədalətli əsasda uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri şərtlər yaradır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR