Kremlin Azərbaycandan əsas istəyi nədir? - AÇIQLAMA

.

Bakının sülhməramlıların statusunu hüquqi cəhətdən möhkəmləndirməməsi Moskvanı narahat edir.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Zaur Mammadov bildirib.

''Rusiyanın əsas istəyi sülhməramlıların statusu ilə bağlı Azərbaycan tərəfi ilə hüquqi sənədin imzalanmasıdır. Bu vaxta qədər rəsmi Bakı rus sülhməramlılarının Azərbaycan torpaqlarındakı missiyası ilə bağlı hüquqi sənədlərdən kənar dayanaraq, şərtlərinə əməl olunmasını gözləyib.

Sülhməramlılar bizim ərazimizdə olduğundan hüquqi sənədin Ermənistana aidiyyatı yoxdur''.

Politoloq Elxan Şahinoğlu isə deyir ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və erməni həmkarı ilə Moskvadakı görüşün məqsədini kommunikasiya xətləri, sərhədlər açılması və iqtisadi əlaqələr bərpa olunması ilə bağlıdır.

''Putin əlaqələrin bərpası məqsədlə hökumətlərarası üçtərəfli komissiyanın yaradılmasını məqsədəuyğun sayıb. Çox pakizə. Ancaq Ermənistan Azərbaycana ərazi iddiasından vaz keçmədən iki ölkə arasında iqtisadi əlaqələrin bərpası necə mümkündür? Gərək qonşun sənin ərazi bütövlüyünü tanıya ki, onunla əlaqələri bərpa edəsən''.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar prosesi başlayıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR