Putin İlham Əliyev və Paşinyan ilə

Yanvarın 11 də Rusiya Prezidenti Vladimir Putin Moskvada üçtərəfli danışıqlar öncəsi Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Kremldə səmimi şəkildə qarşılayıb.

Metbuat.az xəbər verir ki, müzakirələr öncəsi Putin İlham Əliyevin əlini sıxıb və qucaqlayıb, daha sonra eyni şəkildə Nikol Paşinyanı salamlayıb. Eyni masa arxasında əyləşən Azərbaycan prezidenti və Ermənistanın baş naziri bir-birilərinə əl uzatmadan salamlaşıblar.

Rusiya prezidentinin çıxışından sonra danışıqlar qapalı qapılar arxasında davam edib.

Xatırladaq ki, üçtərəfli danışıqların mövzuları arasında rabitə kanallarının blokadadan çıxarılması və əsirlərin geri qaytarılması məsələləri var.

Paşinyanın müxalifləri isə görüş zamanı Ermənistanın maraqlarına zərər verən bir sənədin imzalanacağını düşünürlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR