AFFA ilin ilk Konfransını keçirəcək

.

Yanvarın 29-da AFFA-nın növbəti konfransı keçiriləcək.

Metbuat.az AFFA-nın saytına istinadən xəbər verir ki, konfrans saat 11:00-da başlayacaq.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabrdakı iclasında qəbul olunmuş müvafiq qərara əsasən, bu tədbir videokonfrans formatında keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR