x
Loading...

Avropa çempionatının yeri məlum oldu

.

2021-ci ildə keçiriləcək karate üzrə Avropa çempionatının harada keçirilməsinə aydınlıq gəlib.

Azərbaycan Milli Karate Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 56-cı Avropa çempionatı Xorvatiyanın Poreç şəhərində keçiriləcək. Bu, 19-23 may tarixlərində baş tutacaq.

Həmçinin Fransanın paytaxtı Parisdə keçirilməli olan Olimpiya Təsnifat turnirinin vaxtı da bəllidir. 11-13 iyun tarixlərində keçiriləcək turnirdən sonra Olimpiadaya vəsiqə qazanacaq son karateçilərin adları bilinəcək.

Qeyd edək ki, bu il karate üzrə Avropa çempionatı İsveçin Yöteborq şəhərində keçirilməli olsa da, yerli hökumət pandemiya ilə əlaqədar olaraq yarışın təşkilatçılığından imtina edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR