"Qarabağla bağlı qapılar arxasında..." - Kalaşnikovdan AÇIQLAMA

.

Azərbaycan, RusiyaErmənistan başçılarının Moskva görüşü ortaq bir bəyanat imzalamaqla başa çatdı. Eyni zamanda, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın çıxışları zamanı vəziyyətin qəbul edilməsində fərqliliklər meydana çıxdı.

Əgər Azərbaycan və Rusiya prezidentləri münaqişənin keçmişdə qaldığını, gələcəyi düşünməyin lazım olduğunu, situasiyanın nəzarət altında olduğunu söylədilərsə, Ermənistan baş naziri Qarabağdakı münaqişənin hələ həll olunmadığını bildirdi.

Metbuat.az xəbər verir ki, Media.az Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovdan vəziyyəti şərh etməsini xahiş edib.

Ermənistan baş nazirinin mətbuat qarşısında çıxışının Rusiya və Azərbaycan liderlərinin açıqlamalarından fərqli tonda səslənməsini necə izah edə bilərsiniz? Bəlkə bu, müxalifətin davam edən etirazları fonundakı qorxu ilə əlaqədar idi?

Siz, əslində, faktiki olaraq sualınızı özünüz cavablandırdınız. Prezident İlham Əliyev vətəndaşlarının istəklərini təmin etdiyini hiss edir. Ermənistanda və baş nazir Nikol Paşinyan məsələsində bu baş vermədi. Məhz ona görə, bunun Ermənistan rəhbərinin ritorikasında hiss olunması təbiidir. Sizin diqqət etdiyiniz bu məqam o səpkidəndir. Lakin, məsələ təkcə müxalifətlə bağlı deyil.

Nikol Paşinyan da daxil olmaqla hər kəs məğlubiyyətin baş verdiyini başa düşür. Aydındır ki, nizama salınmada sülh yolundan başqa variant sadəcə olaraq ola bilməz. İrəvanın Azərbaycan və Rusiya ilə (bu prosesdə vasitəçi kimi) danışıqlar aparması lazımdır.

Moskvada belə bir görüşün olması lazım idi. Mənə elə gəlir ki, bir çox məsələ bağlı qapılar arxasında qalıb. Yaxın gələcəkdə geniş ictimaiyyət bunlardan xəbər tutmayacaq. Əlbəttə ki, üç dövlətin liderləri görüşəndə bir çox aktual məsələləri müzakirə edirlər.

Mən uzun illərdir deyirdim ki, münaqişəni yalnız Rusiya, Azərbaycan və Ermənistan liderləri həll edə bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın daha əvvəlki prezidenti Serj Sarkisyanla danışıqlar olub. Əgər ATƏT-in Minsk Qrupundan cavab gözləsəniz, bundan heç nə çıxmayacaq. Nə ABŞ, nə Fransa bizim həyatımızı yüngülləşdirməyə hazırlaşmırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR