x
Loading...
.

Bayden koronavirusa qarşı ikinci dəfə peyvənd olundu

.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden “Pfizer” şirkətinin koronavirusa qarşı peyvəndinin ikinci dozasını qəbul edib.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yeni prezidentə yaxın olan jurnalistlər qrupu bildirib.

Keçid dövrünün jurnalistlər qrupunun verdiyi xəbərə görə, Bayden öz iqamətgahından on-on beş kilometr məsafədəki Nyuark hospitalında peyvənd olunub.

ABŞ-ın yeni seçilmiş prezidentinə ikinci peyvənd dozası bazar ertəsi günü saat 13:35-də (Bakı vaxtı ilə 22:35) vurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR