x
Loading...
.

İlk dəfə olaraq qorillalarda koronavirus aşkarlanıb

.

ABŞ-ın San-Dieqo şəhər zooparkında dünyada ilk dəfə qorillanın koronavirusa yoluxması faktı qeydə alınıb.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə safari-parkın rəsmi internet saytında məlumat yerləşdirilib.

“San-Dieqo zooparkının Safari-parkında bir qrup qorilladan COVID-19 mənşəli SARS-CoV-2 virusuna qarşı götürülmüş testlər müsbət nəticələnib. Yanvarın 6-da qorillaların ikisi öskürməyə başlayıb. Yanvarın 11-də ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Milli Baytarlıq Xidmətinin laboratoriyaları testlərin müsbət nəticə verdiyini təsdiqləyib”, - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR