x
Loading...

Ərdoğan açıqladı: Türkiyədə vaksinasiya bu tarixdə başlayır

.

Türkiyədə koronavirusa qarşı peyvəndlərin vurulmasına bu həftənin sonunda başlanılacaq.

Metbuat.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində deyib.

“Çin peyvəndinin ölkəmizə tədarükünə başlanılıb. Biz, həmçinin Rusiya və Britaniya peyvəndləri ilə bağlı hadisələrin inkişafını da izləyirik. Türkiyədə peyvəndləmə prosesinə cümə axşamı və ya cümə günü (Yanvarın 14 və ya 15-də - Red.) başlanılacaq”, - deyə Ərdoğan öz müraciətində bildirib.

Eyni zamanda, Ərdoğan əlavə edib ki, ölkə rəhbərliyi koronavirusa yoluxanların say statistikasının müəyyən göstəricilərə enəcəyi təqdirdə tətbiq olunmuş məhdudiyyətləri tədricən ləğv edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR