Donald Tramp höküməti Kubanı “terror dəstəkləyən ölkələr siyahısı”na qaytarıb.
Metbuat.az xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Mayk Pompeo Kubanın ABŞ-dan qaçan cinayətkarlardan başqa Kolumbiyalı üsyan liderlərinə də sığınacaq verdiyni bildirərək “beynəlxalq terrorizm hadisələrinə dəstək vermə” səbəbindən Kubanın bu siyahıya alındığını deyib:
“Kuba hökümətinə təkrar etdikləri səbəbindən açıq mesaj göndəririk. Kastro rejimi terrorizmə dəstək verməyi və ABŞ ədalətinə zərər verməyi bitirməlidir”.
Mənbə: bbc.com