Bu ölkədə koronavirusun yeni növü aşkarlandı - ÜST-dən AÇIQLAMA

.

Yaponiyada koronavirusun daha sürətlə yayılan yeni növü aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adrahom Qebreyesus məlumat verib. O bildirib ki, İngiltərə və Cənubi Afrika Respublikasında ortaya çıxan koronavirusun sürətlə yayılan növündən sonra Yaponiyada da yeni bir növ aşkar edilib.

Adrahomun sözlərinə görə, koronavirus nə qədər çox yayılsa, mutasiyaya uğrama ehtimalı da o qədər yüksək olacaq. Bununla da virusun yoluxma ehtimalı artır.

Mənbə: cnn.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR