x
Loading...
.

Bakıda itkin düşən 15 yaşlı yeniyetmə tapıldı - YENİLƏNİB - FOTO

.

Bakıda itkin düşən 15 yaşlı Elvin Məmmədov tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “oxu.az”a onun atası Elçin Məmmədov məlumat verib.

O bildirib ki, oğlu paytaxtın Sabunçu rayonu ərazisində tapılıb:

“Elvini Sabunçuda vətəndaşlardan biri tapıb. Bilmirəm kim tapıb, amma Allah ondan razı olsun. Uşağı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verib.

Bizə bölmədən zəng etdilər, getdik, Elvini götürdük. Hazırda Elvin evdədir, heç bir narahatlığı yoxdur. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirik”.

***09:40

Bakının Nizami rayonunda 15 yaşlı Məmmədov Elvin Elçin oğlu ötən gün itkin düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə “report”a onun atası Elçin Məmmədov bildirib. O, qeyd edib ki, Elvin Məmmədov yanvarın 11-də saat 17 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yeniyetmə “Qara Qarayev” metrostansiyasının yaxınlığında itib.

E.Məmmədovun əqli cəhətdən çatışmazlığı var. Onun eşitmə qabiliyyətində də problemlər mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR