Ermənistanda Azərbaycan məhsulları satılır?

.

Ermənistan KİV-ləri bu ölkədə Azərbaycan məhsullarının satışına başlanması barədə məlumat yayıblar.

Metbuat.az azvisiona-a istinadən xəbər verir ki, erməni jurnalistlər “Sandora” markalı Azərbaycan istehsalı olan meyvə şirələrinin marketlərə yol tapmasını buna nümunə kimi göstəriblər.

Onlar iqtisadi əlaqələrin hələ bərpa olunmadığı bir vaxtda qonşu ölkədən bəzi məhsulların ərzaq mağazalarına necə gəlib çıxmasını anlamadıqlarını deyirlər. Ən optimal variant kimi postmüharibə dövründə ölkənin üzləşdiyi iqtisadi çətinliklər, ərzaq məhsullarında qiymət artımının qarşısının alınması üçün belə addıma gedilməsi ehtimal olunur. Amma ermənilərin bu məsələdə isterikaya qapandığı görünür.

Xatırladaq ki, bir həftə əvvəl digər bir məhsulun da fotosu paylaşılaraq "İrəvan mağazalarında Azərbaycan “Coca-Cola”sı peyda oldu!” başlıqlı yazılar dərc edilirdi. Məlum olub ki, həmin məhsul Gürcüstanda istehsal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR