İrandan dünyanı qorxuya SALAN AÇIQLAMA:

“20 faiz zənginləşdirilmiş 120 kiloqram uranı 8 aydan daha qısa müddətdə istehsal edə bilərik”.

Metbuat.az xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi deyib.

Onun sözlərinə görə, parlamentin təsdiqindən sonra uranın 20 faiz zənginləşdirilməsinə başlanılıb və 1 il ərzində 12 kiloqram uran istehsalı hədəflənib: “Hazırda 4 tona yaxın xammalımız mövcuddur, buna görə də parlamentin tələbi bizim üçün əlçatan hədəfdir. Hətta bunu 8 ay ərzində həyata keçirə bilərik”.

Qeyd edək ki, iranlı elm adamı Möhsün Fəxrizadənin sui-qəsdindən sonra parlament hökumətin etirazlarına rəğmən, 1 dekabr 2020-ci ildə qanun layihəsini təsdiq etdi. Qanun Atom Enerjisi Təşkilatının uranı ən az 20% zənginləşdirməyə başlamasını və aşağı səviyyəli zənginləşdirilmiş uran deposunu artırmasını məcburi edir.(Publika)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR