ABŞ dövlət katibi İrana ''sataşdı'' -

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, Əl-Qaidə terror təşkilatının yeni əsas qərargahının İran olduğunu iddialarına cavab verib.

Metbuat.az xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo ''Twitter'' hesabında etdiyi açıqlamada Tehranı Əl-Qaidə ilə işbirliyində günahlandırıb. Buna cavab olaraq İran Xarici İşlər Naziri Zərif , Pompeonun açıqlamasına belə cavab verib.

''Bunlar hammısı bir xəyalın məhsuludur. 11 sentyabrdakı terrorçular Pompeonun Yaxın Şərqdəki sevimli dayanacaqlarından gəldilər. Onlar heç biri İrandan deyildirlər'' deyə bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Pompeo, yazılı bir açıqlamada, İranın Əl Qaidə terror təşkilatının İranda yeni əməliyyat mərkəzləri yaratmasına icazə verdiyini iddia edərək, Əl Qaidənin 5 liderini "Xüsusi Qlobal Terrorçu" siyahısına daxil etdiklərini açıqlayıb.

Mənbə:CNN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR