x
Loading...

Rəmişin səhhəti AĞIRLAŞDI - Qaraciyər transplantasiyasına namizəddir

.

Xalq artisti Rafiq Hüseynovda (Rəmiş) qaraciyər transplantasiyası həyata keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov "Elgizlə izlə" verilişində məlumat verib:

“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada vaxt itirməmək üçün Hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək.

Qarnına su yığılması qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR