"Telegram" istifadəçilərinin sayı 500 milyonu ötüb

.

“Telegram” messencerinin aktiv istifadəçilərinin sayı 500 milyonu ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, təkcə son 72 saat ərzində dünyanın hər yerindən 25 milyondan çox insan “Telegram”da qeydiyyatdan keçib.

Xatırladaq ki, şəxsi məlumatlarını ana şirkəti olan “Facebook”a ötürmək niyyətində olduğunu elan etdikdən sonra “WhatsApp” istifadəçilər tərəfindən tənqidlə qarşılaşdı. Belə ki, xidmətdən istifadə şərtlərini rədd etmək mümkün deyil. İstifadəçilərdən onları birmənalı olaraq qəbul etmək tələb olunur. Əks halda messencerdən istifadə mümkün olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR