x
Loading...
.

“YouTube” da Trampın hesabını dondurub

“YouTube” videohostinq platformasının administrasiyası ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını müvəqqəti dondurub.

Metbuat.az xəbər verir ki, bu barədə “Axios” portalı “YouTube” administrasiyasına istinadən xəbər yayıb.

Bildirilib ki, ötən gün “YouTube” D. Trampın hesabındakı sonuncu videonu silib, eyni zamanda, yeddi gün müddətində video yerləşdirmək və onlayn translyasiya imkanlarını məhdudlaşdırıb.

Davamlı şiddət ehtimalına dair narahatlıqlar nəzərə alınaraq bu barədə müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl “Facebook”, “Twitter” və “Instagram” D. Trampın hesabını dondurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR