Putin Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarşı ÇIXA BİLMƏYƏCƏK - AÇIQLAMA

.

''Moskva görüşündə prinsipial olaraq problemlər qaldı. Azərbaycan Türkiyə ilə birgə bu problemləridə həll etməsi, gələcək perspektivdə mümkündür''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. Onun sözlərinə əsasənünki Rusiya Azərbaycan vasitəsilə Ermənistana və Türkiyə vasitəsilə Yaxın Şərqə çıxmaq niyyətindədir.


''Rusiyanın Ermənistana çıxış imkanları Azərbaycanın nəzarətindədir. Yaxın Şərqə çıxış imkanları isə Türkiyənin nəzarətindədir. Rusiya birbaşa Suriya ilə dəmiryol əlaqəsini bərpa edib, Tatrus və Xmeyim hərbi bazasını yüklərin daşınmasını bu vasitə ilə ucuz başa gəlməsini planlayır.

Rusiyaya qarşı ABŞ və Avropanın sanksiyaları, NATO ilə ciddi konfontrasiya fonunda Moskva Türkiyə ilə iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirmək məcburiyyətindədir. Buna görə də Türkiyənin rolunun artırılmasına çalışmalı, birgə hərəkət etməliyik''.

Politoloq qeyd etdi ki, hazırda Türkiyə ilə Azərbaycan arasında ciddi hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir və ölkəmizdə yeni hərbi bazasının yaradılması mümkün ssenarilər sırasındadır.

''Rusiya Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarşı çıxış edə bilməyəcək. Artıq bununla barışıb. Bir neçə il XankəndiBakının yuridiskiyanın bərpası mümkün görünmür. Erməni silahlı birləşmələrinin çıxarılması gələn ildən mümkündür. Moskva görüşündə Azərbaycanın əleyhinə Qarabağla bağlı hər hansı bir gizli bəyanatın imzalanmasına gəldikdə isə, prezident İlham Əliyev qətiyyən buna icazə verməz. Ölkəmiz Türkiyə ilə qarşılıqlı şəkildə fəaliyyəti davam etdirəcəkdir''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR