Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Metbuat.az-a açıqlamasında bildirib.
“Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir”, - deyə qurum rəsmisi əlavə edib.