x
Loading...
.

UĞUR QAZANDIQ! Putini Ermənistan MARAQLANDIRMIR - Paşinyan bu zərbələrə nə qədər dözəcək? - AÇIQLAMA

''Üç tərəfin imzaladığı Qarabağla bağlı ikinci Bəyanatın qiymətləndirməsi mənə görə mövcud reallıqlar baxımından Azərbaycan üçün qələbə, Ermənistan üçün isə növbəti məğlubiyyət kimi qəbul olunmalıdır. Bu Bəyanatın mətnini oxuduqdan sonra aydın olur ki, Ermənistan ikinci bir əzici məğlubiyyətlə qarşılaşdı''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Züriyyə Qarayeva verib.Onun şərhinə görə Putin, Əliyev və Paşinyan tərəfindən imzalanan ikinci bəyannamə, əslində birinci Bəyannamənin ermənilərin ən çox nifrət etdiyi 9-cu bəndinin, keçmiş Sovet İttifaqının ermənilər tərəfindən dağıdılmış dəmir yolunun, Azərbaycan tərəfindən Ermənistan (Zəngəzur) ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyəyə gedəcək dəmir yolunun taleyini həll edən bəndin icrasına həsr edilmişdir.

''Ermənilər 9-cu bəndi Turan türk planının yerinə yetirilməsi adlandırırlar. Üçlü işçi qrupun yaradılacağı barədə müddəa yolun açılaçağına əminliyi artırır.

İkinci Bəyanatda təxribatçıların geri qaytarılması, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədlərinin yenidən yazılması və Qarabağın statusu barədə bir söz belə deyilmir.

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvadakı görüşündə hərbi əsirlər məsələsi də həll olunmadı, bu istiqamətdə işlər davam etdiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Kremldəki görüşdən sonra bildirdi''.

Siyasi şərhçi bildirdi ki, ikinci Bəyanat Birincinin davamı, doqquzuncu abzasın tətbiqi idi. Zəngəzurdan keçən dəmir yolu Azərbaycan və Rusiya üçün iqtisadi baxımdan lazımdır, Ermənistanın buradakı marağı bu ölkələr arasındakı iqtisadi ağırlığına görə üçüncü yerdədir.

''Putin Rusiyanın ehtiyac duyduğu yolları açdı. Ermənilərin status xülyaları, terrorist-təxribatçılar onu maraqlandırmır. Və Paşinyanın anti-Azərbaycan sənədi ilə İrəvana qayıtmaq üçün təzyiq etmək yolu yoxdur.

O axşamdan bəri, Ermənistanda Paşinyan əleyhdarlarının etirazlarının ikinci dalğası başladı. Ancaq bunu qeyd edim ki, Paşinyan hələlik bu zərbələrə tab gətirir və belə görünür ki, bir müddət bunu bacara biləcək.

Azərbaycanda ikinci bəyanat sakit şəkildə qəbul ediləcək, uğur qazandıq. Yenə də, noyabrda olduğu kimi istədiyimiz 100%-li qələbə olmasa da, qazandıq. Bu bizim qələbəmiz və ermənilərin məğlubiyyəti oldu''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR