MMA döyüşçüsü bacısı ilə ağır qəzaya düşdü:

Hollandiyalı kikboksçu, qarışıq döyüş növləri üzrə tanınmış idmançılardan biri olan Robin Van Ruusmalen və bacısı ağır qəzaya düşüblər.

Metbuat.az xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.

Bildirilir ki, yük maşını 31 yaşlı idmançı və onun bacısının olduğu avtomobilə çırpılıb.

İdmançının bacısı aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.

İdmançının özü barədə məlumat verilmir.

Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR