x
Loading...
.

Hirkan Milli Parkında yanğın başladı - SON DƏQİQƏ

.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində Hirkan Milli Parkında yanğın olması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri əraziyə cəlb olunub. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları köməklik göstərirlər.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır. İlkin məlumata görə, təqribən 2 ha sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR