Baydenin inauqurasiyasında Ledi Qaqa dövlət himnini

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcək ulduzların siyahısı açıqlanıb.

Metbuat.az xəbər verir ki, mərasimdə çıxış edəcək ulduzlardan Ledi Qaqa himn ifa edəcəkdir. Gecəni rəngarəng şouları ilə Cennifer Lopez daha da yadda qalan edəcək.

Tədbiri Hollivud ulduzu, Amerikanın məşhur aktyoru Tom Xenks aparacaq. Musiqiçi qismində proqramda Con Bon Covi, pop ulduzlar Castin Timberleyk və Demi Lovato da yer alacaq.

Qeyd edək ki, mərasim yanvarın 20-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR