x
Loading...
.

Müsəlman ölkəsində DƏHŞƏTLi zəlzələ: 30-dan çox ölən var

.

İndoneziyanın Sulavesi adasında 6.2 bal gücündə zəlzələ olub, ölənlər var.

Metbuat.az bildirir ki, zəlzələ nəticəsində ən azı 34 nəfər ölüb.

“Ən son məlumata görə, Mamuju şəhərində 26 nəfər həyatını itirib”, - deyə fəlakətlərin təsirinin aradan qaldırılması üzrə yerli agentliyin rəhbəri Əli Rəhman bildirib. O, ölənlərin sayının artacağını istisna etməyib. Agentliyin rəhbəri meyitlərin çoxunun dağıntılar altında qaldığını qeyd edib.

Mamuju şəhərinin cənubunda isə ən azı 8 nəfər həlak olub. Bildirilib ki Mamuju şəhərinin xəstəxanası dağılıb, binalara ciddi zərər dəyib. Xilasedicilər dağıntıların altında qalan xəstələrin və tibbi heyətin axtarışlarını davam etdirir.

Şəhərdəki hava limanına da zərər dəydiyi bildirilib.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzindən bildirilib ki, zəlzələnin episentri Mamuju şəhərindən 36 km cənubda, 18 km dərinlikdə yerləşir.(Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR