x
Loading...
.

''Moskva görüşü Azərbaycanın diplomatik qələbəsidir'' - Millət vəkili Cavid Osmanov / Müsahibə

2021 ci ilin yanvar ayının əvvəlində Rusiyanın paytaxtı Moskva şəhərində, Azərbaycan, Rusiya prezidentlərinin o cümlədə Ermənistanın baş nazirinin iştirakı ilə baş tutan üçtərəfli görüş Azərbaycanın maraqlarına uyğun həyata keçirilib”.

Bu fikirləri Metbuat.az-a millət vəkili Cavid Osmanov verib. Onun ilə baş tutan özəl müsahibəni təqdim edirik.

Cavid müəllim Yanvarın 11-də keçirilən Moskva görüşünü necə qiymətləndirirsiniz?

“Qeyd edim ki, burada qalib ölkə kimi Azərbaycanın razılığı olmadan görüş baş tuta bilməzdi. Məhz buna görə də, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə görüşdə iştirakına görə minnətdarlıq bildirdi.

Müzakirələrdə Azərbaycan prezidenti qalib xalqın, qalib ordunun lideri kimi iştirak edirdi. Elə masada diqtə edən tərəf də Azərbaycan olmuşdur.

10 Noyabrdan sonra ilk dəfə bu formatda keçirilən görüş siyasi baxımdan çox böyük əhəmiyyət kəsb edirdi. Baxmayaraq ki, Ermənistan lobbisi və revanşiz qüvvələr bu görüşün keçirilməsinə qarşı çıxırdılar amma görüş baş tutdu’’.

Yeni imzalanmış bəyanat Azərbaycanın maraqlarına necə xidmət edir?

“Yeni imzalanmış bəyanat Azərbaycanın milli maraqlarına tam uyğun gəlir. Bu növbəti dəfə Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilir.

44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan diplomatik masada da uğurlarını həyata keçirməyə davam edir.

Qeyd edim ki, bəyanatda əsas məqamlardan biri də odur ki, baş nazirlərin müavinləri səviyyəsində işçi qrupu yaradılacaqdır. Bu da 10 noyabr bəyanatında əks olunmuş bəzi məqamların qısa müddətdə daha effektli və intensiv həyata keçirilməsinə çox böyük bir töhvə verəcəkdir”.

11 yanvar Bəyanatında bilavasitə 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımların müəyyənləşdirildiyini qeyd edə bilərik. Misal üçün, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirəcək dəhlizin açılışı ilə bağlı işçi qrupun yaradılmasıdır. Bu dəhliz geoiqtisadi baxımdan hansı uğurlara təməl ola bilər?

“Naxçıvanın Azərbaycan ilə birləşməsi Mehri dəhlizin tez bir vaxtda inşasına başlanılması Azərbaycanın geoiqtisadi maraqlarına tam uyğundur.

Eyni zamanda, Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası bunun bariz nümunəsidir.

Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş Moskva razılaşması, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına şərait yaradacaqdır. Bu razılaşma həm də bölgə ölkələrinin iqtisadiyyatına da böyük tövhə verəcəkdir’’.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR