x
Loading...
.

Sabahın hava proqnozu açıqlandı

.

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, temperatur Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Yanvarın 16-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 8-12, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR