x
Loading...
.

Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Metbuat.az nazirliyin saytına istinadla xəbər verir ki, Qubadlı rayonunun Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.

Xatırladaq ki, işğaldan azad olunmuş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR