Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan A.Novruzovun evinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 4 kiloqramdan artıq marixuana, həmçinin heroin, tiryək, çətənə kolunun hissələri, bir beşbarmaq və kəsici alət aşkarlanaraq götürülüb.
Faktla əlaqədar araşdırmalar davam edir.