x
Loading...
.

Ramin Bayramlıya vurulan koronavirus peyvəndi deyil - TƏBİB-dən AÇIQLAMA

.

Sosial şəbəkələrdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin İdarə Heyətinin sədri Ramin Bayramlının peyvənd olunarkən çəkilmiş fotosu yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun COVID-19 vaksini vurdurduğunu iddia ediblər.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramin Bayramlı hələlik COVID-19 virusuna qarşı peyvənd olunmayıb:

"Çünki ölkə üzrə peyvəndləməyə hələ gələn həftədən başlanacaq. Yayılmış foto isə qripə qarşı vaksin vurularkən çəkilib".

Ölkəmizdə qripə qarşı vaksinasiyanın tətbiqinə 2020-ci il oktyabrın 12-dən xüsusi ayrılmış tibb müəssisələrində başlanılıb. Proses bir ay müddətində davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR