Ermənilər ŞOKDA: Bu foto ölkəni qorxuya saldı - FOTO

.

Erməni ictimai fəal Narek Samsonyanın sosial şəbəkələrdə paylaşdığı foto ölkəsində təşvişə səbəb olub.

Metbuat/az azvision.az-a istinadən xəbər verir ki, o, NATO hərbi geyimində olan bir nəfərin və yanında dayanmış erməni polisinin əks olunduğu fotonu paylaşaraq iddia edib ki, Azərbaycan hərbçiləri artıq Ermənistandakı marketlərdən alış-veriş edirlər. Onları isə erməni polislər və Müdafiə Nazirliyinin işçiləri müşayiət edib.

Fotodakı şəxsin guya azərbaycanlı olması erməni aktivistin ehtimalıdır.

Xatırladaq ki, bir ay öncə də İrəvanın mərkəzində Azərbaycan XTQ-nin hərbi geyimlərinə bənzər formalarda dayanan erməni hərbçilər sakinlər arasında çaşqınlıq yaratmışdılar. Belə NATO stilində olan geyim formaları erməni hərbçilərinin ənənəvi hərbi geyimi olmadığı üçün İrəvanda zaman-zaman buna bənzər təşviş yaradan hallar yaşanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR