Göyçayda daha bir ev yandı -

Göyçayda fərdi yaşayış evində yanğın hadisəsi olub.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün rayonun Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini Cəlilov Süleyman Xəlil oğluna aid evdə baş verən yanğının söndürülməsi və qarşısının alınması üçün hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın tez bir zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR