Türkiyə Superliqasında XIX turun oyunları davam edir.
Metbuat.az xəbər verir ki, turun ikinci günündə "Trabzonspor" səfərdə "Antalyaspor" komandasının qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Günün digər görüşündə "Qaziantep" öz meydanında "Kayserispor"u 2:1 hesabı ilə məğlub edib, "Göztəpə" isə səfərdə "Konyaspor"dan üstün olub - 3:2.
"Başakşəhər" - "Sivasspor" oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 35 xalla "Beşiktaş" liderlik edir. Eyni xala sahib olan "Fənərbağça" ikinci, "Qaziantep" isə 34 xalla üçüncü sırada yer alıb.