x
Loading...

Dünyada “COVID-19”a yoluxanların sayı 95 milyonu ötdü

.

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 95 milyonu ötüb. Metbuat.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 95 052 597 nəfər koronavirusa yoluxub, 2 032 861 nəfər bu virusdan dünyasını dəyişib, 67 881 338 nəfər sağalıb.

Hazırda dünyada 25 138 398 aktiv koronavirus xəstəsi var ki, onlardan da 113 440-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR