Şuşada ilk çörək bişirən Azərbaycanlı aşpaz əsgər - FOTOLAR

.

İşğaldan azad olunan Şuşa şəhərində ilk dəfə olaraq çörək bişirən aşpaz əsgər Kamran Abdullayev qürurla öz sevinc hisslərini bölüşüb.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Abdullayev Kamran Qorxmaz oğlu 1996-cı ildə Göyçay şəhərində dünyaya gəlib. O, Vətən müharibəsi zamanı könüllü olaraq xidmət etmək üçün Ordumuzun sıralarına daxil olub. Onun sözlərinə görə, cəbhəyə könüllü getməsindən ailəsi 10 gün sonra xəbər alıb. Azərbaycan Milli Kulinariya Mərkəzində çalışan K.Abdullayev deyir ki, hələ də inana bilmir ki, balaca vaxtından kitablarda oxuduğu Dağlıq Qarabağın rayonlarını canlı-canlı öz gözləri ilə görüb və hətta orada ilk dəfə çörək hazırlayan Azərbaycanlı aşpaz kimi də tarixə düşüb. Əsgər aşpazımızın hazırladığı çörəklərin gözəl qoxulu ətri bütün Şuşa şəhərinə yayılırdı.

Azad olunan torpaqlarımızı görərək, oranın havasını qəbul etməyin çox gözəl hiss olduğunu bildirib. O, Şuşada "İti qovan kimi" yazısını əlində tutaraq xatirə fotosu da çəkib. Onun atası da - Abdullayev Qorxmaz Birinci Qarabağ müharibəsi zamanı keçirilən müharibədə iştirak edib. 1992-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə yaralanaraq qazi adını alıb. İndi həm oğlu atası ilə, həm də atası da oğlu ilə böyük fəxr hissi keçirir. Bundan sonra da hər zaman olduğu kimi vətəninin keşiyində mərdliklə dayanmağa tam hazır olduğunu diqqətə çatdırıb.

Davud Tarverdiyev

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR