Britaniyada virusdan ölüm sayı 90 minə çatır

Böyük Britaniyada son sutka ərzində 38 598 nəfər koronavirus infeksiyasına yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 395 959 nəfərə çatıb.

Ötən 24 saatda daha 671 pasiyent dünyasını dəyişib. Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 89 261-ə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR