Bu ölkədə son sutkada 500-dən çox insan virusdan öldü

.

Braziliyada son sutka ərzində daha 33 040 nəfərin koronavirus infeksiyasına yoluxması, 551 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 488 099 nəfər yoluxub. Bu müddət ərzində 209 847 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 411 654 xəstə müalicə olunaraq sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR