x
Loading...

Koronavirusa yoluxan Rəşid Mahmudov: “Narahat olmayın, o dünyadayam, dəf kimiyəm…”

.

Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, yenisabah.az-a danışan R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib:

“Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR