Almaniyada koronavirusun daha bir mutasiyası aşkar edildi

Almaniyanın cənubunda koronavirusun yeni mutasiyası aşkar edilib.

Metbuat.az bildirir ki, Bavariya federak torpağının Qarmiş-Partenkirxen şəhərində 3 nəfər virusun yeni növünə yoluxub. Qeyd olunur ki, bu mutasiya əvvəl heç vaxt müəyyən edilməyib.

Mütəxəssislər bugünədək SARS-CoV-2 virusunun 12 mindən çox mutasiyasını aşkar edib. Yeni mutasiyalardan ən yoluxucusu "Britaniya ştammı" hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR