x
Loading...
.

Ermənistan ağlayır, Tonoyan isə qızına toy edir - MARAQLI FAKTLAR / VİDEO

.

Ermənistanda yüzlərlə valideynin Qarabağda itkin düşən övladları barədə xəbər gözlədiyi, minlərlə insanın isə ölənlər üçün gözyaşı tökdüyü bir vaxtda Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan qızı Emilyaya təmtəraqlı toy etmək fikrinə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında paylaşım edilib.

“Ermənistan ağladığı vaxtda David Tonoyan geyinib-keçinib və qızının toyuna hazırlaşır”.

Tonoyanın qızının nişanı isə Ermənistanda müharibə ilə bağlı kəskin etirazların yaşandığı dövrə - 21 dekabra təsadüf edib. Bundan əlavə D.Tonoyanın bacısı qızlarından birinin dəbdəbəli nişan və toy mərasimi noyabrda, digərininki isə yenə dekabr ayında keçirilib.

Niyə də yox? Çox qısa zamanda uğursuz Ermənistan ordusunun keçmiş müdafiə naziri artıq ordunun modernləşdirilməsi və təchizatı, həmçinin qida təminatı ilə bağlı məsələlərdən özünə kifayət qədər sərvət toplaya bilib və istədiyi hər şeyi edə bilər. Kənardan elə təəssürat yaranır ki, müharibədə məğlubiyyətdən şoka düşən Ermənistan ictimaiyyəti özünün rüsvayçılığının əsas təşəbbüskarlarından biri olan bu şəxs barədə sadəcə unudub.

“Caliber” David Tonoyanın “karyera”sına da nəzər salıb və bir sıra maraqlı faktları sadalayıb. Videoda həmçinin David Tonoyanın, demək olar ki, ordunun təchizatı və təminatı ilə bağlı bütün məsələləri öz yaxınlarının şirkətlərinə həvalə etdiyi və öz şəxsi sərvətini də bu yolla artırdığı vurğulanır.

KİV-lər həmçinin Tonoyanın nazirlikdən maaş olaraq 12, 791 241 dram almasını Ermənistan Dövlət Sosial Fondundan, həmçinin Müdafiə Nazirliyindən milyonlarla dram məbləğində təqaüd və digər “gəlirlər” əldə etməsini diqqətə çatdırıb.

Qeyd edilib ki, Tonoyan bu günlər ərzində heç bir cinayət işinə cəlb edilməyib, araşdırılma aparılmayıb və bu səbəbdən yığdıqlarını hələ də əyləncə və ev tikməyə sərf edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR