.

Döyüş yoldaşları qəhrəman şəhidimizin məzarını ziyarət etdi - FOTO

.

İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərək şəhid olan igidlərimizdən biri də 29 yaşlı Toğruldur.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Toğrul Siyavşah oğlu Hacıyev 4 fevral 1991-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olub. O, ilk təhsilini 1997-ci ilə Çayarxı kənd ümumi orta məktəbində alıb. 2010-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətini başa vurub.

Vətən müharibəsinin 3-cü günündə - 29 sentyabr tarixində müharibəyə yollanıb. Oktyabrın 25-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin yadigarı olaraq onun iki övladı - Ləman və Tunar adlı uşaqları xatirə qalıb. Şəhidimizin qohumları, döyüş yoldaşları və yaxınları onun məzarını ziyarət edərək öz xatirələrini bölüşüblər.

Qeyd edək ki, şəhid oktyabr ayının 26-da doğulub boya-başa çatdığı Göyçay rayon Çayarxı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR