x
Loading...

Görünməmiş ailə dəhşəti: Arvadının və körpə qızının üstünə qaynar su tökdü

.

Türkiyədə baş verən daha bir ailə dramı medianın gündəmini zəbt edib.

Metbuat.az yerli KİV-ə istinadla bildirir ki, Konyada avtomobil ustası Əli.A.adlı şəxs 6 illik həyat yoldaşı 23 yaşlı Ruhiyə.A.nın üzərinə qaynar su töküb. Bu zaman qaynar su onların yanında olan yaş yarımlıq körpə qızları Eylülün də üzərinə tökülüb.

Məlumata görə, Ruhiyə.A. səhər yeməyi üçün ərini yuxudan oyadıb və Əli.A. da buna hirslənərək arvadının üstünə qazın üstündə qaynayan çaydandan su töküb.

Hadisə ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb və Əli.A. həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR