.

DİQQƏT! Məktəblərdə tədris hansı formada BƏRPA OLACAQ? - AÇIQLAMA

.

Xəbər verdiyimiz kimi növbəti həftə təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.

Metbuat.az xəbər verir ki, 22 yanvarda baş tutması gözlənilən brifinqdə təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Bəs ilkin olaraq təhsil ilə bağlı hansı qərarlar verilə bilər? Bu barədə məlumat verən təhsil eksperti Kamran Əsədov Metbuat.az-a bildirdi ki, 15 sentyabr 2020-ci ildə olduğu kimi, məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açıla bilər.


''Hesab edirəm ki, qarşıda duran iki məsələ həllini tapacaqdır. Birincisi orta məktəblərdə tədrisin yenidən bərpası və ikincisi isə məktəblərdə məktəb daxili qiymətləndirilmədir.

Düşünürəm ki, I yarım il üzrə məktəb daxili qiymətləndirilmə həyata keçirilməyəcək. Çünki 1.6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil.

Çünki brifinq 22 yanvarda təşkil edilir. 27 yanvarda isə I yarım il başa çatır. 23, 24 yanvar da şənbə və bazar günləri olduğu üçün müəllim və şagirdlər öz cari işlərində olacaqlar. Qalan 3 gündə isə bütün fənlər üzrə BSQ təşkil etmək mümkün deyil. Ona görə də, şagirdlər II yarım il üçün məktəblərə gələndə o yarım il üçün qiymətləndirilmə həyata keçiriləcək və bu da yekun qiymət olacaq''.

Bəs brifinqdə ali, orta ixtisas və peşə təhsilinin bərpası ilə bağlı hansı qərarlar qəbul edilə bilər? Bütün kurslar üzrə tədrisin bərpası mümkün olacaqmı?

"Düşünürəm ki, 22 yanvar brifinqində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması ilə bağlı qərar olacaqdır.

Çünki 1-ci kurslar ümumiyyətlə təhsil müəssisələrinə getməyib, 4 -cü kursların isə pedaqoji, istehsalat təcrübələri (praktika) var, eyni zamanda bəzilərinin akademik borcları (kəsr) var ki, onlar bu semester həll olmalıdır, 4-cü kursların diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür.

Virusa yoluxmadan narahat olanlar və səhhətində problem olanlar dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək.

Burada bir problem yaranır. Müəllim bütün günü məktəbdə qruplara bölünmüş şagirdlərə hissə-hissə dərs deyəcək, amma evə gələndən sonra dərsdə iştirak etməyən şagirdlərə yenidən əlavə onlayn dərs keçməlidirmi? Bu əlavə pullu, ödənişli əsaslarla olmalıdır və ya sistemə yeni müəllimlər daxil edilməlidir.

Kamran Əsədov qeyd etdi ki, dərslər hibrid formada bərpa olunsa 2020-ci ilin oktyabrında olan səhnə təkrar olunan bilər və yoluxma halları arta bilər.

"Bunun aradan qaldırılması üçün "school bus" (məktəbli avtobusu) təşkil edilməlidir. Metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır.

Dərslərin müddəti 30-35 dəqiqə olmalıdır. Çünki indi siniflərdə şagirdlərin sayı dəfələrlə az olacaq. Bütün fənlər tədris olunmamalıdır. Digər fənlər onlayn qaydada həyata keçirilməlidir.

Xüsusi ilə ibtidai sinif şagirdlərinə Azərbaycan (rus) dili, Riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir".

Ekspert bildirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin bütün kurslar üzrə dərslərə cəlb edilməsi xüsusi ilə vacibdir. Bu dəfə universitet və kolleclərin açılması mütləqdir. Repititor və hazırlıq kurslarının fəaliyyət göstərməsi məsələsinə gəldikdə isə bu fəaliyyət növləri ilə bağlı qərar qəbul etmə Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, onlar yalnız 22 yanvarda bu sahələr üçün Nazirlər kabinetinin qərarını elan edə bilər.

"Yanvarın 25-i, və ya 1 fevraldan repititor və hazırlıq kurslarının fəaliyyətinə icazə verilməsini gözləyirəm.Etiraf edək ki, təhsilin böyük işini onlar görür. Əlbəttə ki, imtahan nəticələri istiqamətində. Nəzərə alsaq ki, bu fəaliyyət növləri biznes subyektləridir və özlərinin kommersiya maraqları üçün qaydalara daha çox riayət edirlər".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR